Subotiç: "Belə qollar vurmağı sevirəm"

Subotiç: "Belə qollar vurmağı sevirəm"
XƏBƏR 21 Oktyabr 2013 / 03:27 1840
-  A +

"İnter"ə qarşı yaxşı oynadığımızı düşünürəm. Bu, bizim ən gözəl oyunlarımızdan biri idi. 3-cü qoluma imza atdım. Bu mənim üçün sevindirici haldır. Ən əsası odur ki, bu qol komandama qələbə qazandırdı. Düzünü desəm, qol statistikama diqqət yetirməmişdim. Artıq uğurlu statistikanı yadımda saxlayacağam və hər oyunda qol vurmaqla komandamın qələbə qazanmasına calışacağam".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Daniel Subotiç klubun saytına açıqlamasında "İnter"lə oyun haqda danışarkən  deyib.


Subotiç uzaq məsafədən vurulan və baxımlı alınan qol barədə düşüncələrini paylaşmağı da unutmayıb:

"Gözəl qol alındı. Belə qollar vurmağı sevirəm. Tamamilə düşünülmüş zərbə idi, yəni top təsadüfən çərçivəyə "düşmədi". Qarşımda boşluq var idi və hədəfi açıq görürdüm. Topa qüvvətli zərbə endirdim. Top da "sözümə baxdı" və düşündüyüm traektoriya ilə çərçivəyə daxil oldu".

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq