Aqil Məmmədov: "Komandalar arasında səviyyə fərqi göründü"

Aqil Məmmədov: "Komandalar arasında səviyyə fərqi göründü"
XƏBƏR 21 Oktyabr 2013 / 00:12 1665
-  A +

“Oyunun çətin keçəcəyini bilirdik. “Qarabağ” Azərbaycanın ən güclü komandalarından biridir".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Sumqayıt" klubunun baş məşqçisi Aqil Məmmədov "Qarabağ"la oyundan (0:3) sonra keçirilən mətbuat konfransında deyib.

Gənc mütəxəssis "Qarabağ"ın aşkar üstün olduğunu bildirib. Əlavə edib ki, komandası təcrübəli futbolçuların azlığından kobud səhvlərlə yadda qalıb: "90 dəqiqənin yekununda komandalar arasındakı səviyyə fərqi göründü. Rəqibin heyətində çox güclü, ustalıq səviyyəsi yüksək olan futbolçular var. Bu gün buraxdığımız hər üç qolda müdafiə xəttinin kobud səhvləri oldu. Heyətimizdə Premyer Liqa təcrübəsi olan futbolçular azdır”.

Daha çox


Son xəbərlər
topaz banner