Məsut Özildən bir ilk (VİDEO)

Məsut Özildən bir ilk (VİDEO)
XƏBƏR 20 Oktyabr 2013 / 15:06 4007
-  A +

"Arsenal"ın yeni transferi Məsut Özil karyerasında bir ilkə imza atıb.

Qol.Az-ın məlumatına görə, türk əsilli futbolçu Premyer Liqanın VIII turunda "Norviç"lə oyunda (4:1) başla qol vurub. Bu isə, onun karyerası ərzində başla vurduğu ilk qol olub. Emirates stadionunda keçirilən oyunda komandasının iki qolunu vuran Almaniya millisinin üzvü şəxsi "tvitter" səhifəsində vurduğu qoldan bəhs edib: "15 oktyabrda ad günümü qeyd etdim. "Norviç"ə başla vurduğum qol mənim üçün doğum günü hədiyyəsi oldu".

Qeyd edək ki, M.Özil indiyədək peşəkar futbol karyerasında 88 qola imza atıb.

Daha çox


Son xəbərlər
topaz banner