"Barselona" 210 milyon avroluq təklifi rədd edib?

"Barselona" 210 milyon avroluq təklifi rədd edib?
XƏBƏR 19 Oktyabr 2013 / 18:45 4229
-  A +

İspaniyanın "El Mundo Deportivo" qəzeti "Barselona"nın futbolçusu Lionel Messi haqda sensassiyalı iddia ortaya atıb.

Qol.Az-ın məlumatına görə, qəzet yazıb ki, "Çelsi" klubu sponsoru "Adidas"la birgə ötən mövsüm argentinalı hücumçunun transferi üçün 210 milyon avroluq təklif göndərib.

Ancaq Kataloniya klubu Messinin təzminat qiymətinin 250 milyon avro olduğunu bildirərək təklifi rədd edib. London klubunun növbəti transfer dönəmində yenidən Messi ilə danışıqlara başlayacağı bildirilir.

Britaniya qəzetləri isə ulduz oyunçu üçün "Bavariya"nın da təklif göndərdiyini iddia edib.

Daha çox


Son xəbərlər