"Mançester Yunayted" gənc futbolçusu ilə müqaviləni yenilədi

"Mançester Yunayted" gənc futbolçusu ilə müqaviləni yenilədi
XƏBƏR 19 Oktyabr 2013 / 17:28 1735
-  A +

"Mançester Yunayted" gənc futbolçusu Adnan Januzayla müqaviləni yeniləyib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 18 yaşlı oyunçu ilə mövsümün sonu bitəcək müqavilə 2018-ci ilə qədər uzadılıb.

"Qırmızı şeytanlar"ın baş məşqçisi David Moyes Adnanın daha 5 il komandada qalmasından məmnunluğunu ifadə edib: "Burada işlədiyim gündən onu çox bəyənirəm".

Qeyd edək ki, gənc futbolçu hələlik milli seçimini etməyib. Ona Albaniya, Serbiya, Türkiyə, Belçika və Kosovodan təklif gəlib. Adnanın 3 ildən sonra İngiltərə millisində də oynaya biləcəyi bildirilib.


Son xəbərlər