Maradona hədələndi

Maradona hədələndi
XƏBƏR 19 Oktyabr 2013 / 11:05 1848
-  A +

İtaliya hökuməti əfsanəvi argentinalı futbolçu Diyeqo Armando Maradonanı bu ölkədəki maliyyə aktivlərini dondurmaqla hədələyib.
 
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb Maradonanın İtaliyada vergi borclarını hələ də ödəməməsidir.
 
İtaliya Vergi Xidmətinin əməkdaşları bu barədə məlumatı dünən Romada otellərin birində olan Maradonaya çatdırıblar. Maradona Romaya “Roma” və “Napoli” arasında keçirilən oyuna baxmaq üçün gəlib.
 
Qeyd edək ki, Maradona 1984-1991-ci illərdə “Napoli” komandasında oynayıb və bu illər ərzində 39 milyon avro vergi borcu yaranıb. Vergi borcu səbəbindən  bundan öncə İtaliyaya səfər zamanı əfsanəvi futbolçunun qiymətli “Roleks” saatı müsadirə edilib.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq