"Barselona" Messinin maaşını artırır

"Barselona" Messinin maaşını artırır
XƏBƏR 18 Oktyabr 2013 / 17:29 2667
-  A +

İspaniyanın "Real" (Madrid) və "Barselona" klubları arasında olan rəqabət futbolçu maaşlarında da davam edir.

Qol.Az-ın məlumatına görə, Kriştiano Ronaldo ilə müqaviləni yeniləyən Madrid klubu oyunçuya illik 18 milyon avro verməklə onu dünyanın ən çox qazanan futbolçusu etmişdi.

"El Mundo Deportiva" qəzeti yazıb ki, "Barsa" Messinin yanvar ayına qədər maaşında artım edəcək. Argentinalı hücumçuya Kataloniya klubu illik 20 milyon avro verməyi planlaşdırır. Bununla da Messi Ronaldonu geridə qoyacaq.

Qeyd edək ki, argentinalı hücumçu hazırkı müqaviləsinə əsasən illik 12 milyon yarım avro qazanır.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır