"Qalatasaray"a şad xəbər

"Qalatasaray"a şad xəbər
XƏBƏR 18 Oktyabr 2013 / 16:15 3720
-  A +

Belindən aldığı zədə səbəbindən uzun müddətdir ki, forma geyinə bilməyən "Qalatasaray"ın futbolçusu Həmid Altıntop yenidən yaşıl meydanlara qayıdır.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, keçmiş klubu "Bavariya"nın həkimləri tərəfindən müalicə olunan türk oyunçunun zədəsi sağalmaq üzrədir.

Artıq onun Superliqanın növbəti turunda "Kayserispor"la baş tutacaq matçda forma geyinəcəyi bildirilir.

Qeyd edək ki, daha öncə H.Altıntopun zədə səbəbindən bıçaq altına yatacağı və bu əməliyyatın onun oyunçu karyerasını bitirməsinə səbəb olacağı iddia edilirdi.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır