"Barselona" ilə oyunöncəsi "Milan"da ciddi itki

"Barselona" ilə oyunöncəsi "Milan"da ciddi itki
XƏBƏR 18 Oktyabr 2013 / 16:00 2290
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin III turunda öz meydanında "Barselona" ilə qarşılaşacaq "Milan" klubu ciddi itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, komandanın aparıcı hücumçusu Mario Balotelli zədələnərək sıradan çıxıb.

Təcrübəli futbolçu komandanın bu gün keçirilən sağ ayağından zədə alıb. Ağrıları artan futbolçu məşqi yarımçıq dayandırmalı olub. Bu səbəbdən Balotellinin "Barselona" ilə oyunda iştirakı sual altındadır.

Qeyd edək ki, "Milan" - "Barselona" oyunu oktyabrın 22-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır