2018-ci il dünya çempionatının büdcəsi açıqlandı

2018-ci il dünya çempionatının büdcəsi açıqlandı
XƏBƏR 18 Oktyabr 2013 / 11:20 1798
-  A +

Futbol üzrə 2018-ci il dünya çempionatı Rusiyaya 600 milyard rubla (təqribən 14,76 milyard manat) başa gələcək. Lent. az-ın məlumatına görə, bu barədə Mundialın Təşkilat Komitəsinin sədri Denis Polyakov açıqlama verib.
 
O, bildirib ki, vəsaitin yarısı federal xəzinə, 15 faizi regional büdcələr, qalanları isə sərmayədarlar tərəfindən ödəniləcək. Polyakovun sözlərinə görə, çempionatadək 200 infrastruktur obyekti, o cümlədən 60 mehmanxana tikilməli və ya yenidən qurulmalıdır.
 
Digər tərəfdən, FİFA tələblərinə əsasən, təşkilatçı ölkə çempionat üçün 12 müasir stadion təqdim etməlidir. Artıq Kazandakı stadion tikilib və bu il orada Yay Universiadası keçirilib. Sankt-Peterburq, Moskvada “Spartak”, habelə, Saransk və Soçidə 4 stadion tikilməkdədir. Nijni-Novqorod, Volqoqrad və Samarada isə stadionlar layihələşdirmə mərhələsindədirlər.
 
Qeyd edək ki, 2018-ci il dünya çempionatı Rusiyanın 11 şəhərində keçiriləcək. Sadalanan 8 şəhərdən əlavə, Kalininqrad, Rostov və Yekaterinburqda da Mundialın oyunları baş tutacaq.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır