16 yaşında Azərbaycan çempionu oldu

16 yaşında Azərbaycan çempionu oldu
XƏBƏR 18 Oktyabr 2013 / 01:55 2203
-  A +

Bakı Tennis Akademiyasında tennis üzrə Azərbaycan çempionatı başa çatıb.

Qadınların həm fərdi, həm də qoşa mübarizəsində 16 yaşlı Nəzrin Cəfərova qalib olub.
 
O, şəxsi yarışda finalda rəqibini ardıcıl 2 setdə 7:5, qoşa mübarizədə isə 6:1, 7:6 hesabı ilə yenərək qələbə qazanıb.
 
Qeyd edək ki, Nəzrin Cəfərova ARDNŞ Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin üzvü, idman ustasıdır. O, indiyədək tennis üzrə keçirilən respublika səviyyəli yarışlarda müxtəlif nailiyyətlər əldə etməyə müvəffəq olub (Lent.az).

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır