"İnter" iki futbolçusu ilə müqavilə yenilədi

"İnter" iki futbolçusu ilə müqavilə yenilədi
XƏBƏR 17 Oktyabr 2013 / 18:19 1835
-  A +

Bu gün "İnter" klubu iki gənc futbolçuyla müqavilə müddətini artırıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Fuad Bayramovla müqavilə müddəti daha bir il uzadılıb.

Bundan başqa, komandanın əvəzedici heyətinin üzvü Mənsur Nahəvəndilə də müqavilə müddəti iki il artırılıb.

Qeyd edək ki, hər iki futbolçu ötən həftə başa çatmış Gürcüstan toplanışında iştirak etmişdi.

 


Son xəbərlər