"Sumqayıt" "Qarabağ"la oyuna tam heyətlə hazırlaşır

"Sumqayıt" "Qarabağ"la oyuna tam heyətlə hazırlaşır
XƏBƏR 17 Oktyabr 2013 / 17:40 1322
-  A +

Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Sumqayıt" klubu yeni meydançada hazırlığını davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda tam heyətlə hazırlaşır.

Belə ki, zədəsini sağaltmış Orxan Əliyev və Zaur Həşimov da artıq komanda ilə birlikdə hazırlaşır. A millidən qayıdan Anar Nəzirov, U-21-dən geri dönən Slavik Alxasov, Kərim Diniyev, Elşən Abdullayev və Nurlan Novruzov da komanda ilə birlikdə məşq edir.

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" oyunu oktyabrın 20-də Sumqayıtda inşa olunmuş yeni meydançada saat 16:00-da start götürəcək.


Son xəbərlər