Ançelotti: "Bu, "Yuventus" üçün böyük üstünlükdür"

Ançelotti: "Bu, "Yuventus" üçün böyük üstünlükdür"
XƏBƏR 17 Oktyabr 2013 / 16:02 2458
-  A +

"Yuventus" çox istəkli və güclü klubdur. Yay transferi pəncərəsində Lorente və Tezez kimi futbolçuları heyətlərinə qatdılar. 3 ildir ki, eyni baş məşqçi ilə çalışırlar. Bu, isə böyük üstünlükdür".

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında qarşılaşacaqları "Yuventus"la oyunöncəsi deyib.

İtaliyalı mütəxəssisis bildirib ki, rəqibin heyətində Andrea Pirlonu çox bəyənir. O, hazırkı klubunda onu görməyi hər zaman istədiyini qeyd edib: "Pirlonu "Çelsi"də olarkən də istəmişdim. Ancaq bu, baş tutmamışdı".

Daha çox


Son xəbərlər
topaz banner