Hafiz Məmmədov və Droqba bir arada

Hafiz Məmmədov və Droqba bir arada
XƏBƏR 17 Oktyabr 2013 / 13:12 2703
-  A +

“Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) “Golden Foot” mükafatının sponsoru olması ilə bağlı xəbər vermişdik.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Monakoda keçirilən qala-gecədə “Bakı”nın prezidenti Hafiz Məmmədov da iştirak edib.

Həmçinin “Lans”ın prezidenti Jerve Martel, Monako knyazı 2-ci Albert, əfsanəvi futbolçular Jan Pyer-Papen, Karlos Valderrama və Osvaldo Ardiles, keçmiş telejurnaist Altay Əliyev təqdimetmə mərasiminə qatılıb.

Qala-gecədən sonra Hafiz Məmmədov “Golden Foot”un qalibi Didye Droqba ilə görüşərək futbolçunu təbrik edib və ona gələcək karyerasında uğurlar arzulayıb.


Daha çox


Son xəbərlər
topaz banner