"Qalatasaray" "Mançester Siti"nin futbolçusunu alır

"Qalatasaray" "Mançester Siti"nin futbolçusunu alır
XƏBƏR 16 Oktyabr 2013 / 17:36 3909
-  A +

"Qalatasaray" klubu "Mançester Siti"nin futbolçusu Aleksandr Kolarovun transferi üçün Premyer Liqa təmsilçisi ilə razılığa gəlib.

Qol.Az-ın xəbərinə görə, bu barədə Britaniyanın "Guardian" qəzeti məlumat yayıb.

İstanbul klubunun bu transferi başa çatdırmaq üçün yaxın günlərdə Mançesterə gedəcəyi bildirilib.

Baş məşqçi Roberto Mançininin israrla istədiyi serbiyalı müdafiəçi üçün 4 milyon funt-sterlinq ödəməyə hazırlaşdığı iddia edilib.

Daha çox


Son xəbərlər
topaz banner