Rəşad Sadıqov və Ruslan Abışov azarkeşləri belə sakitləşdirdi (FOTO)

Rəşad Sadıqov və Ruslan Abışov azarkeşləri belə sakitləşdirdi (FOTO)
XƏBƏR 16 Oktyabr 2013 / 14:30 3641
-  A +

"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Rusiya oyunu gərginliklə yadda qalıb.

Qol.Az-ın məlumatına görə, matçın sonlarına doğru rəqib futbolçu Aleksandr Səmədovun künc nöqtəsinə yaxınlaşması azarkeşlərin qəzəbinə səbəb olub. 
 
Azarkeşlər Səmədovu fitə basmaqla yanaşı, ona tərəf yad əşyalar atıblar. Həmin əşyalardan bir futbolçunun başına tuş gəlib. Bundan sonra millimizin kapitanı Rəşad Sadıqov və Ruslan Abışov azarleşlərimizi sakitləşdirməyə çalışıblar və onları Səmədovu söyməməyə səsləyiblər. Yalnız bundan sonra azarkeşlərimiz sakitləşib və Rusiya millisi künc zərbəsindən topu oyuna daxil edib.

Qeyd edək ki, Azərbaycan - Rusiya oyunu 1:1 hesabı ilə başa çatıb.

Daha çox


Son xəbərlər
topaz banner