Rusiya Bakıda 2009-cu il hadisələrinin təkrarlanmasından qorxur

Rusiya Bakıda 2009-cu il hadisələrinin təkrarlanmasından qorxur
XƏBƏR 14 Oktyabr 2013 / 15:58 2417
-  A +

Rusiya Futbol Federasiyası (RFF) ölkə yığmasının azarkeşlərinə oktyabrın 15-də Azərbaycan milli komandası ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçı ilə bağlı müraciət edib. Bu barədə qurumun rəsmi saytında bildirilir.
 
Azarkeşlərdən davranış və ictimai qaydalara riayət, rəqibə və olduqları ölkənin qanunlarına hörmətlə yanaşma, stadionda pirotexniki və digər qadağan olunmuş vasitələrdən yararlanmamaları istənilir: “Sizə xatırladırıq ki, millimizin matçları FİFA və UEFA İntizam komitələrinin xüsusi diqqəti altındadır”.
 
Qeyd edək ki, 8-ci km qəbə stadionunda keçiriləcək Azərbaycan – Rusiya matçı saat 22:00-da başlanacaq. Bu komandalar arasında 2009-cu il oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş 2010-cu il dünya çempionatının seçmə qrup matçında rusiyalı azarkeşlər özlərini intizamsız aparmış, azərbaycanlı tamaşaçılara tərəf partlayıcı maddələr atmışdılar. İnsidentin qarşısı hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra alınmışdı. Görüş isə heç-heçə nəticələnmişdi – 1:1 (Lent.az).

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır