Rüfət Dadaşov: "Çalışacağıq ki, məğlub olmayaq"

Rüfət Dadaşov: "Çalışacağıq ki, məğlub olmayaq"
XƏBƏR 14 Oktyabr 2013 / 13:35 1773
-  A +

Milli komandamızın üzvü Rüfət Dadaşov DÇ-2014-ün seçmə mərhələsində sabah Rusiyaya qarşı keçirəcəyimiz oyunla bağlı fikirlərini bildirib.

Qol.Az-ın xəbərinə görə, Almaniyanın "Kayzerslautern" klubunun ikinci heyətində oynayan hücumçu millimizin qələbəsi üçün əlindən gələni edəcəyini deyib:

“Çətin oyun olacaq. Çalışacağıq ki, məğlub olmayaq. Ola bilər ki, bu oyundan sonra Rusiyanın ortabab klublarının maraq dairəsinə düşüm. Ancaq buna fikir vermirəm. Bütün diqqətimi öz oyunuma yönəldəcəyəm ki, komandamız qələbə qazansın”.

Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu