Viktor Valdez "Monako" yolunda

Viktor Valdez "Monako" yolunda
XƏBƏR 13 Oktyabr 2013 / 17:10 2668
-  A +

"Barselona"nın qapıçısı Viktor Valdez gələcək karyerası haqda maraqlı açıqlama verib.

Qol.Az-ın məlumatına görə, İspaniya mətbuatına açıqlama verən təcrübəli futbolçu "Barselona"nın onun üçün doğma komanda olduğunu deyib. Bununla belə o, yeni hədəflər axtarışında olduğunu bildirib:

"Barselona"da 20 ilimi keçirdim. Bir neçə kubok qazandıq. Ancaq buradakı macərama son qoymaq istəyirəm".

Adı Fransanın "Monako" klubu ilə hallanan ispaniyalı buna münasibət bildirib: "Fransa Liqası məni çox cəlb edir. "Monako" seçimlərim arasında ən uyğunudur. Niyə də orda oynamayım? Keçmiş komanda yoldaşım Erik Abidal "Monako"da çıxış edir. Onunla daima təmasdayam və xoşbəxt olduğunu bilirəm. Onun arxasında oynamaq mənim üçün çox yaxşı olardı".

Qeyd edək ki, 31 yaşlı qapıçı 10 yaşından Kataloniya klubundadır.

Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu