Bəhmən Həsənov "Şaxtyor” Futbol Akademiyasında

Bəhmən Həsənov "Şaxtyor” Futbol Akademiyasında
XƏBƏR 13 Oktyabr 2013 / 14:48 2218
-  A +

"Rəvan” Futbol Klubunun aşağı yaş qrupları üzrə koordinatoru vəzifəsində çalışan Bəhmən Həsənov Ukraynanın Donetsk şəhərində işgüzar səfərdə olub.
 
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, mütəxəssis "Şaxtyor” Futbol Akademiyasında olub, onların iş prinsipləri və məşq metodları ilə yaxından tanış olub. Orada "Şaxtyor” Futbol Akademiyasının direktoru Aleksandr Funderatla görüşən və fikir mübadiləsi aparan Bəhmən müəllim donetsklilərin gənclərdən ibarət (əvəzedici) komandasının baş məşqçisi Migel Kardoso ilə də görüş keçirib.

Akademiyanın işi ilə ətraflı şəkildə tanış olan Həsənov hazırda "Şaxtyor"da işləyən "Simurq"un sabiq üzvü Mixael Storastyakla da görüşüb.

 


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu