Topaz Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar "Simurq" Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ərazisində yeni tikilmiş meydançada "Sumqayıt"la yoldaşlıq görüşü keçirib.
Qol.Az-ın məlumatına görə, ilk hissəsi qolsuz heç-heçə ilə bitən görüşün sonunda sevinən tərəf Zaqatala təmsilçisi olub. "Sarı-qaralar"ın qollarını Nicat Qurbanov və İdan Vaitzman vurub. "Sumqayıt" isə Mirzağa Hüseynpurun qolu ilə fərqi azladıb. Görüş 2:1 hesabı ilə "Simurq"un xeyrinə baş çatıb.
Bu oyundan sonra "Simurq"un məşqçilər korpusu gərgin məşqlərə ara verərək futbolçulara bir günlük istirahət verib. Yeni həftənin ilk günündən isə "Xəzər Lənkəran"la görüşün hazırlıqları davam etdiriləcək.
PSJ-yə keçə bilər
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video