Serxio Ramos Avropa nəhənglərinin hədəfində

Serxio Ramos Avropa nəhənglərinin hədəfində
XƏBƏR 13 Oktyabr 2013 / 02:21 3726
-  A +

"Real" (Madrid) klubunun müdafiəçisi Serxio Ramos qışda komandadan ayrıla bilər.

Qol.Az-ın məlumatına görə, ispaniyalı müdafiəçi Avropanın aparıcı klublarının maraq dairəsinə düşüb.

Belə ki, "Mançester Siti, "Çelsi" və PSJ klubları Ramosu transfer etməyi planlaşdırırlar. "Real"da illik məvacibi artırılmayan futbolçu komandası ilə yeni müqavilə imzalamaqdan imtina edib. PSJ klubu Ramosa illik 9,5 milyon avro verməyə hazır olduğunu açıqlayıb. 27 yaşlı futbolçunun hansı komandanın təklifini qəbul edəcəyi böyük maraqla gözlənilir.

Qeyd edək ki, 2005-ci ildən "Real"da çıxış edən Ramos keçirdiyi 262 oyunda 33 qola imza atıb.


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu