TFF millinin futbolçuları mükafatlandırdı

TFF millinin futbolçuları mükafatlandırdı
XƏBƏR 13 Oktyabr 2013 / 00:01 2616
-  A +

Türkiyə Futbol Federasiyası (TFF) "DÇ-2014"ün seçmə mərhələsində Estoniyaya 2:0 hesabı ilə qalib gələn millinin futbolçularını mükafatlandırıb.

Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi məlumata görə, bu qalibiyyət üçün oyunçuların hər birinə 150 min türk lirəsi verilib.

TFF-nin futbolçulara verəcəyi mükafat bununla bitməyə də bilər. Belə ki, əgər Fatih Terimin komandası oktyabrın 15-i Hollandiya ilə matçda qalib gələrlərsə, əlavə 150 min türk lirəsi də qazanmış olacaq.

Qeyd edək ki, Türkiyə - Hollandiya oyunu oktyabrın 15-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner