Ukraynalı peşəkar boksçular - Sergey Fedçenko (şəkildə solda) və Valentin Qolovko (şəkildə sağda) hazırda "Qəbələ" İdman Klubunun boksçusu Fariz Məmmədovla birlikdə Qəbələdə təlim-məşq toplanışında olması ilə bağlı xəbər vermişdik.
Qol.Az-ın məlumatına görə, ilk dəfə Azərbaycana səfər edən Ukrayna təmsilçiləri Azərbaycan və Qəbələ haqda təəsüratlarını klubun rəsmi saytına bölüşüblər.
WBO versiyası üzrə Avropa çempionu Sergey Fedçenko və perspektivli boksçu Valentin Qolovko Azərbaycana və Qəbələyə heyran qaldıqlarını bildiriblər. Onlar ölkəmizə səfərlərinin məqsədini də saytımıza açıqlayıblar:
S.F: "Düzün desəm, "Qəbələ" İdman Klubu haqda hər hansı bir məlumata malik deyildim. Qəbələyə gəldikdən sonra gördüklərim məni heyran etdi. Burada idman üçün hər cür şərait var. Təbiət də çox gözəldir, şəhər səliqəlidir. Futbol komandanız haqda da məlumat aldım. Artıq mən də sizin azarkeşinizəm. Komandanın oyunlarını Ukraynadan izləyəcəyəm. Dostlarıma da "Qəbələ" haqda məlumat vermişəm. Onlar da internetdən klub haqda məlumat alıblar. Hazırda Qəbələdə təlim-məşq toplanışındayıq. Fariz Məmmədovla birlikdə dekabra planlaşdırılan döyüşlərə hazırlaşırıq. Məni qarşıda 12 raundluq titul döyüşü gözləyir. İnanıram ki, Qəbələ hazırlığının bu döyüşdə mənə faydası dəyəcək".
V.Q: "Bizi Qəbələdə çox gözəl qarşıladılar. Buralar çox xoşuma gəlir. İlk dəfədir ki, ölkə xaricində təlim-məşq toplanışında oluram. Bizə çox yaxşı şərait yaradılıb. Məşqlərimiz maraqlı keçir. Qarşıda bizi çətin döyüşlər gözləyir. Ukraynaya qayıtdıqdan sonra "Ukrayna Atamanları" boks komandası ilə müqavilə bağlamaq ehtimalım var".
"Nə vaxtsa "Qəbələ" İdman Klubunu peşəkar rinqdə təmsil etmək istərdinizmi" sualına boksçuların cavabı müsbət olub:
S.F: "Az öncə söylədiyim kimi Qəbələdəki şərait xoşuma gəldi. Amma hazırda başqa kompaniya ilə müqaviləm var və onu poza pilmərəm. Müqavilə bitdikdən sonra niyə də yox?".
V.Q: "Məmnuniyyətlə "Qəbələ"də çıxış edərdim. Hazırda sərbəst boksçuyam. Əgər təklif olarsa, bu barədə müzakirə aparmağa dəyər".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?