Aleksandr Səmədov: "Bakıda bizi çətin oyun gözləyir"

Aleksandr Səmədov: "Bakıda bizi çətin oyun gözləyir"
XƏBƏR 12 Oktyabr 2013 / 16:51 2863
-  A +

Rusiya yığmasının yarımmüdafiəçisi Aleksandr Səmədov Lüksemburqla oyundan (4:0) sonra Azərbaycanla matç haqda fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, Azərbaycan əsilli futbolçu Bakıda onları çətin oyunun gözlədiyini bildirib:

"Lüksemburqla oyunun ilk hissəsində 3 qol vurmuşduq. Buna görə də fasilədən sonra daha rahat oynadıq və artıq Azərbaycanla oyun haqda düşünürdük. Bakıya yüksək əhval-ruhiyyədə gedəcəyik. Bu son matçımız olacaq. Düşünürəm ki, Bakıda bizi çətin oyun gözləyir".

Qeyd edək ki, Azərbaycan - Rusiya oyunu oktyabrın 15-də, saat 22:00-da başlayacaq.


Son xəbərlər