Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədov növbəti döyüşə hazırlaşır.
Qol.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytına danışan boksçu növbəti döyüşdə Avropa çempionluğu uğrunda rinqə çıxacağını bildirib. O, rəqibi barədə də məlumat verib:
"Növbəti döyüşüm “Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə dekabr ayının ortalarına planlaşdırılıb. Bu iki versiya - WBO və IBF Avropa Çempionluğu uğrunda döyüş olacaq. Bakıda baş tutacaq görüşdə Almaniya təmsilçisi Mattias Pelklə qarşılaşacağam. O, peşəkar boksda 20 döyüş keçirib və bütün döyüşlərdə qalib gəlib. Qarşılaşma “Eurosport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Həmin gün bu döyüşdən əlavə Azərbaycanın peşəkar boksçuları müxtəlif titullar uğrunda rinqə çıxacaqlar”.
Hazırda Qəbələdə təlim-məşq toplanışında olan Məmmədov düşərgədə yalnız olmadığını, ukraynalı 2 peşəkar boksçu ilə birlikdə məşqlərə qatıldığını bildirib. Döyüşçü qarşıdakı hazırlıq planı barədə də fikirlərini bölüşüb:
"Oktyabrın 9-dan etibarən Qəbələdə təlim-məşq toplanışına start vermişik. Məşqlərimiz ilkin mərhələdə ümumi fiziki hazırlıqdan ibarətdir. Hazırlığımızın Qəbələ bölümü 2 həftə çəkəcək. Təlim məşq toplanışında iki ukraynalı boksçu da iştirak edir. Onlardan biri Ukraynanın tanınmış boksçusu, WBO versiyası üzrə Avropa Çempionu Sergey Fedçenkodur. Digəri isə gənc və perspektivli boksçu, 61 kq çəki dərəcəsində döyüşən Valentin Qolovkodur. O, indiyə qədər peşəkar rinqdə keçirdiyi 20 görüşün hamısında qələbə qazanıb. Onların da dekabr ayının ortalarında döyüşləri var. Biz eyni məşqçinin – Ukraynanın 1 nömrəli boks məşqçisi Viktor Demçenkonun rəhbərliyi altında hazırlaşırıq. Adıçəkilən boksçular da onun tələbələridir. Hazırda Demçenko Qəbələdə deyil. Bizə hazırlıqda “Qəbələ” İdman Klubunun boks bölməsinin məşqçisi Ramiz Mirkamilov yardımçı olur. Oktyabrın 24-də isə Ukraynaya yola düşəcəyik. Sözügedən ölkədə 6 həftəlik təlim-məşq toplanışımız olacaq".
Yuxarı
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?