Kolumbiya millisindən möhtəşəm geri dönüş (VİDEO)

VİDEO 12 Oktyabr 2013 / 15:35 1879
-  A +

"DÇ-2014"ün Cənubi Amerika seçmə mərhələsində mübarizə aparan Kolumbiya üçün evində Çili ilə oynadığı qarşılaşma əlamətdar olub. Qol.Az-ın məlumatına görə, sözügedən görüşdə Kolumbiya ən azı bir xal qazancağı təqdirdə dünya çempionatına vəsiqə qazanacaqdı. Ancaq ilk hissənin sonunda meydan sahibləri fasiləyə 0:3 hesablı məğlubiyyətlə yollanıb. 66-cı dəqiqədə Karlos Karmanonun qırmızı vərəqə alması ilə 10 nəfər qalan Kolumbiyanın bu matçdan istədiyini alacağı inandırıcı görünmürdü. Bütün bunlara baxmayaraq, komanda Qutyerezin bir, Radamel Falkaonun iki qolu ilə sayəsində bir xal qazanmağı bacarıb. Bu nəticə ilə Kolimbiya millisi tarixində 16 ildən sonra yenidən dünya çempionatında oynamaq hüququ qazanıb.



Son xəbərlər