Rusiya millisi Bakıya nə vaxt gələcək?

Rusiya millisi Bakıya nə vaxt gələcək?
XƏBƏR 12 Oktyabr 2013 / 13:45 1701
-  A +

"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də Bakıda millimizin qonağı olacaq Rusiya yığmasının ölkəmizə gələcəyi tarix bəlli olub.

Qol.Az-ın məlumatına görə, Fabio Kapellonun komandası oktyabrın 14-də Bakıya gələcək.

Həmin gün axşam Rusiya millisi matçın keçiriləcəyi 8-ci km qəsəbə stadionunda məşqə çıxacaq. Saat 19:30-da isə baş məşqçi Kapellonun mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Azərbaycan - Rusiya oyunu oktyabrın 15-də, saat 22:00-da başlayacaq.


Son xəbərlər