Berti Foqts mətbuat konfransına gəlməyəcək

Berti Foqts mətbuat konfransına gəlməyəcək
XƏBƏR 12 Oktyabr 2013 / 13:09 2243
-  A +

"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də keçiriləcək Azərbaycan – Rusiya oyunundan əvvəl hər iki komandanın keçirəcəyi mətbuat üçün açıq məşqlərin və mətbuat konfranslarının vaxtı açıqlanıb.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 14-də keçiriləcək mətbuat konfransında millimizin baş məşqçisi Berti Foqts iştirak etməyəcək. 



 
Azərbaycan milli komandası
13 oktyabr. Saat 16:45. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Mətbuat və azarkeşlər üçün açıq məşq
 
14 oktyabr. Saat 11:00.
Nazim Süleymanov, Aslan Kərimov və futbolçuların iştirakı ilə mətbuat konfransı
 
Rusiya milli komandası
14 oktyabr. Saat 18:00. 8-ci km qəsəbə stadionu
İlk 20 dəqiqəsi mətbuat üçün açıq məşq
 
14 oktyabr. Saat 19:30. 8-ci km qəsəbə stadionu
Fabio Kapellonun mətbuat konfransı
 

Son xəbərlər