Ronaldonun yerinə Bruma

Ronaldonun yerinə Bruma
XƏBƏR 12 Oktyabr 2013 / 12:19 2802
-  A +

"Qalatasaray"ın futbolçusu Bruma Portuqaliya millisinə dəvət olunub.

Qol.Az-ın məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsində İsraillə matçda (1:1) Kriştiano Ronaldo və Pepe sarı vərəqə limitini doldurduğu üçün Lüksemburqla oyunda forma geyə bilməyəcəklər.

Bu səbəbdən millinin baş məşqçisi Paulo Bento Bruma və Bentonu heyətə daxil edib.

Bununla da, "Qalatasaray"ın hücumçusu ilk dəfə "A" milli komandasında forma geymiş olacaq.


Son xəbərlər