Rusiya ilə oyunöncəsi millimizdə ciddi itki

Rusiya ilə oyunöncəsi millimizdə ciddi itki
XƏBƏR 12 Oktyabr 2013 / 03:45 4705
-  A +

Azərbaycan milli komandası 2014-cü il dünya çempionatının seçmə mərhələsində son oyununa da futbolçu itkisi ilə çıxacaq.

Mərkəz müdafiəçisi Rasim Ramaldanov Rusiya ilə oktyabrın 15-də keçiriləcək qarşılaşmanı cəza səbəbindən buraxacaq.

Ramaldanov millimizin son 2 seçmə matçında sarı vərəqə alıb. O, sentyabrın 7-də İsraillə səfər (1:1), oktyabrın 11-də isə Şimali İrlandiya ilə ev (2:0) oyunlarında cəzalanıb. Bununla da, sarı vərəqə limitini aşan futbolçu növbəti matçdan kənarda qalıb.

Əvəzində Şimali İrlandiyaya qarşı matçda sarı vərəqə cəzalısı olan Ruslan Abışov son seçmə oyunda millimizə kömək edə biləcək (Lent.az).

 


Son xəbərlər