Gözlənilən istefa

Gözlənilən istefa
XƏBƏR 10 Oktyabr 2013 / 18:14 4776
-  A +

Bir neçə gün öncə keçirilən mətbuat konfransında azarkeşlərin böyük təzyiqi ilə üzləşən Bolqarıstanın "Levski" (Sofiya) klubunun baş məşqçisi Petev istefa verib.

Qol.Az-ın məlumatına görə, Petev yeni komandası ilə məşqə çıxmadan belə istefa verdiyini açıqlayıb. Baş məşqçi bu qərarı ilə bağlı bunları bildirib:

"Levski"də uğur qazanmaq istəyirdim. Ancaq 21-ci əsrdə yaşayırıq və başıma belə bir hadisənin gələcəyini gözləmirdim. Mən günahkar deyiləm. Lakin mətbuat konfransında özümü günahkar kimi hiss etdim. Bu şərtlər altında işləyə bilmərəm".

Qeyd edək ki, baş məşqçisinin təqdimat mərasimi zamanı bir qrup azarkeş tədbir keçirilən məkana daxil olaraq onun əynindəki "Levski" formasını soyundurublar. Daha sonra isə onu qovublar. Azarkeşlər Petevin "Levski"nin əzəli rəqibi olan CSKA (Sofiya) fanatı olduğu üçün onu komandalarında görmək istəmədiklərini bildiriblər. Lakin "Levski"nin baş məşqçi postunda cəmi 1 gün qalan Petev bunu təkzib edib.


Daha çox


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner