Rusiyadan Azərbaycana nə qədər azarkeş gələcək?

Rusiyadan Azərbaycana nə qədər azarkeş gələcək?
XƏBƏR 10 Oktyabr 2013 / 16:38 2325
-  A +

"Sabahkı oyuna Şimali İrlandiyada o qədər də maraq yoxdur. Rəqib komandanın azarkeş dəstəyi çox zəif olacaq. Rusiya ilə oyun üçün isə sifariş əsasında 700 bilet ayırmışıq".

Qol.Az saytına açıqlamasında bu sözləri AFFA-nın Mətbuat və İctimaiyyətlə  Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyib.

Onun sözlərinə görə, millimizin Şimali İrlandiya ilə ilə oyununa yerli azarkeşlər tərəfindən də o qədər böyük maraq yoxdur: "Bu axşam nə qədər bilet satıldığı bilinəcək. Ancaq onu deyə bilərəm ki, Rusiya ilə oyuna maraq daha çoxdur və həmin oyunun biletləri daha çox satılır".

Qeyd edək ki, milli komandamız Şimali İrlandiya ilə sabah, Rusiya ilə isə oktyabrın 15-də qarşılaşacaq.

Daha çox


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner