Serxio Ramos "Real"da üçüncü oldu

Serxio Ramos "Real"da üçüncü oldu
XƏBƏR 10 Oktyabr 2013 / 14:17 2595
-  A +

Madrid "Real"ının futbolçusu Serxio Ramos klubun tarixində ən çox qol vuran üçüncü müdafiəçi olub.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, 2005-ci ildən "Kral klubu"nun əsas komandasında forma geyən ispan oyunçu bu mövsüm ilk qolunu "Levante" ilə matçda vurub.

Ramos "Real"dakı doqquzuncu mövsümündə də fərqlənə bilib. Bununla da, Madrid klubundakı qollarının sayını 42-yə yüksəldən futbolçu klub tarixində ən çox qol vuran üçüncü müdafiəçi olub.

Qeyd edək ki, "Real"da müdafiəçi olaraq ən çox fərqlənən 101 qolla Hierodur. Roberto Karlos (68) isə ikincidir.

Daha çox


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner