Foqts: "Bütün vergiləri ödəmişəm"

Foqts: "Bütün vergiləri ödəmişəm"
XƏBƏR 10 Oktyabr 2013 / 13:38 1978
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vergi ödəmədiyi barədə məsələyə aydınlıq gətirib.

Foqts belə açıqlamaların həqiqətə uyğun olmadığını bildirib.
 
O deyib: “Mən bütün vergiləri ödəmişəm. Belə olmasaydı, işçi vizası ala bilməzdim. Mənim AFFA ilə müqaviləm FİFA müqaviləsidir. Orada bütün vergilər nəzərdə tutulub”.
 
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu isə bildirib ki, hazırda Sosial Müdafiə Fondu ilə danışıqlar gedir. Hər hansı problem olarsa, vergini Foqts yox, AFFA ödəyəcək.
 
Qeyd edək ki, Berti Foqtsun DSMF-ə ödəmələr etmədiyini fondun sədri Səlim Müslümov açıqlayıb (Lent.az).

Daha çox


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner