"Beşiktaş"ın şikayəti rədd edildi

"Beşiktaş"ın şikayəti rədd edildi
XƏBƏR 10 Oktyabr 2013 / 13:12 2883
-  A +

Apellyasiya məhkəməsi Türkiyənin "Beşiktaş" klubunun dörd matçlıq cəzalandırılması ilə bağlı şikayəti rədd edib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu cəzanın təsdiqlənməsi ilə "qara qartal"lar daha böyük təhlükə ilə üzləşib.

Belə ki, əgər eyni hadisələr təkrarlanarsa, klubun xalı silinəcək. "Beşiktaş" azarkeşləri bir mövsümdə dördüncü dəfə meydana daxil olacağı təqdirdə kluba daha böyük cəzalar gələcək. Bu zaman onlara texniki məğlubiyyət veriləcək və klub aşağı liqaya düşürüləcək.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) "Beşiktaş" klubuna 4 oyunluq azarkeşsiz oynamaq cəzası verib.

Daha çox


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner