Şimali İrlandiya millisi "Bakı"nın bazasında (VİDEO)

Şimali İrlandiya millisi "Bakı"nın bazasında (VİDEO)
VİDEO 9 Oktyabr 2013 / 16:40 2151
-  A +

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində yığmamızın qonağı olacaq Şimali İrlandiya millisi artıq ölkəmizə təşrif buyurub.

Qol.Az-ın məlumatına görə, rəqib komanda bu gün səhər saatlarında müasir standartlara cavab verən “Bakı” klubunun təlim-məşq bazasında ilk məşqini keçirib.
 
Media mənsublarının da iştirak etdiyi hazırlığın yalnız 15 dəqiqəsi jurnalistlər üçün açıq olub. Sonda qonaqlar “Bakı”nın onlara yaratdığı şəraitdən razılıqlarını ifadə ediblər.

Xatırladaq ki, Azərbaycan – Şimali İrlandiya matçı oktyabrın 11-i saat 21:00-da “Bakcell Arena”da baş tutacaq.



Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu