PSJ "Çelsi"nin futbolçusunu istəyir

PSJ "Çelsi"nin futbolçusunu istəyir
XƏBƏR 9 Oktyabr 2013 / 15:16 2619
-  A +

"Çelsi" klubunun yarımmüdafiəçisi Xuan Mata karyerasını Fransa Liqasında davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, ispaniyalı futbolçu ilə PSJ klubu yaxından maraqlanır.

Paris təmsilçisi 25 yaşlı futbolçunun transferi üçün 35 milyon avrosundan keçməyə hazırdır. Tərəflər arasında razılıq əldə olunarsa, Mata yanvar ayından PSJ-nin şərəfini qoruyacaq.

Qeyd edək ki, Mata 2011-ci ildə "Valensiya"dan "Çelsi"yə transfer olunmuşdu.


Son xəbərlər
25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner