"Yanuzaj İngiltərə millisində oynaya bilməz, çünki..."

"Yanuzaj İngiltərə millisində oynaya bilməz, çünki..."
XƏBƏR 9 Oktyabr 2013 / 12:51 2207
-  A +

"Arsenal" klubunun futbolçusu Cək Uilşır "Mançester Yunayted"in gənc üzvü Adnan Yanuzajın İngiltərə millisini seçməsinin düzgün olmayacağını bildirib.

Qol.Az-ın məlumatına görə, Uilşır bunu 18 yaşlı futbolçunun ingilis olmaması ilə əlaqələndirib:

"İngiltərədə 5 il yaşamaq sizi ingilis etməz. Mən gedib İspaniyada 5 il yaşasam, bu ölkənin yığmasında oynaya bilmərəm. Haralı olduğumuzu xatırlamaq məcburiyyətindəyik".

Qeyd edək ki, Yanuzaj əslən kosovalıdır. Gənc futbolçu Kosova millisi ilə yanaşı, İngiltərə, Albaniya və Belçika yığmalarında oynaya bilər.

Daha çox


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner