İspaniya millisi Del Boskeni buraxmaq istəmir

İspaniya millisi Del Boskeni buraxmaq istəmir
XƏBƏR 9 Oktyabr 2013 / 12:09 1687
-  A +

İspaniya Futbol Federasiyası (İFF) baş məşqçisi Visente Del Boskenin millidən ayrılmasını istəmir.

Qol.Az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, qurum "DÇ-2014"ün seçmə mərhələsində Belarus və Gürcüstan yığmaları ilə matçlardan sonra təcrübəli mütəxəssislə müqaviləni yeniləmək üçün danışıqlara başlayacaq.

İFF-nin baş məşqçi postuna başqa namizəd düşünülmədiyi iddia edilir.

Qeyd edək ki, V.Boske açıqlamalarının birində dünya çempionatından sonra İspaniya millisindən ayrıla biləcəyini demişdi.

Daha çox


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner