Xabi Alonso "Liverpul" və "Yuventus"un hədəfində

Xabi Alonso "Liverpul" və "Yuventus"un hədəfində
XƏBƏR 9 Oktyabr 2013 / 11:18 1809
-  A +

"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Xabi Alonso qışda komandanı tərk edə bilər.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu ilə "Liverpul" və "Yuventus" klubları yaxından maraqlanır.

Uzun müddətdir zədədən əziyyət çəkən 31 yaşlı futbolçunun yayda müqaviləsi başa çatacaq. Belədə Alonsonun "Liverpul" və "Yuventus"dan sərfəli təklif alacağı təqdirdə "Real"dan gedəcəyi gözlənilir.

Qeyd edək ki, Alonso 2009-cu ildə "Liverpul"dan "Real"a transfer olunmuşdu.

Daha çox


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner