"Barselona" Valdezə əvəzləyici tapdı

"Barselona" Valdezə əvəzləyici tapdı
XƏBƏR 9 Oktyabr 2013 / 10:11 3049
-  A +

"Barselona" mövsümün sonunda klubdan ayrılacaq olan qapıçısı Viktor Valdezin yerini "Atletiko"da forma geyən Tibo Kurtua ilə doldura bilər.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Kataloniya klubunun prezidenti Sandro Rosell belçikalı qolkiperi çox bəyəndiyini açıqlayıb:

"Kurtua möhtəşəm qapıçıdır. Onu çox bəyənirəm. Valdesi klubda tutmaq çox çətin olacaq" - deyə o, 21 yaşlı qapıçını transfer edə biləcəklərini bildirib.

Qeyd edək ki, T.Kurtua "Çelsi"nin futbolçusu olsa da, 3 mövsümdür ki, Madrid klubunda icarə əsasında forma geyir.


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner