Rüfət Dadaşov: "Qələbə qazanmaq üçün hər şeyi edəcəyik"

Rüfət Dadaşov: "Qələbə qazanmaq üçün hər şeyi edəcəyik"
XƏBƏR 8 Oktyabr 2013 / 15:28 1634
-  A +

"Hazırlıq yaxşı keçir. Komandada əhval-ruhiyyə yaxşıdır. Baş məşqçi də məşq prosesinin gedişindən razıdır. Qaldı ki oyunlara, Şimali İrlandiya millisi ilə matç çox çətin keçəcək".

Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov "DÇ-2014"ün seçmə mərhələsində qarşılaşacaqları Şimali İrlandiya və Rusiya ilə oyunöncəsi danışarkən deyib.

R.Dadaşov qarşıdakı oyunlarda qələbə qazanmaq üçün hər şeyi edəcəklərini bildirib: "Şimali İrlandiya aqressiv futbol üslubuna üstünlük verir. Qələbə qazanmaq üçün hər şeyi edəcəyik. Rusiya yığması ilə oyun da vacibdir. Doğma meydanda keçirəcəyimiz hər iki oyunda maksimum xal toplamaq istəyirik. Son aylarda yaxşı formadayam. Millinin heyətində qolu kimin vurması vacib deyil, əsas komandanın qələbə qazanmasıdır".

Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner