Əfran İsmayılov: "Səfərdəki nəticə bizi aldatmamalıdır"

Əfran İsmayılov: "Səfərdəki nəticə bizi aldatmamalıdır"
XƏBƏR 8 Oktyabr 2013 / 15:23 1358
-  A +

"Şimali İrlandiya yığması ilə səfər oyununda heç-heçə etmişik. Ancaq bu nəticə bizi aldatmamalıdır. Çətin komandadır. Bütün diqqətimizi həmin oyuna yönəltmişik. Azarkeşlərimiz qarşısında oynadığımızdan, çalışacağıq ki, meydandan maksimum nəticə ilə ayrılaq. Xallar bizə çox lazımdır".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Əfran İsmayılov "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları Şimali İrlandiya və Rusiya ilə oyunöncəsi danışarkən deyib.

Ə.İsmayılov qarşıdakı oyunlarda yalnız qələbə haqda düşündüklərini bildirib: "Keçirdiyimiz oyunlarda çox xallar itimişik. Artıq xal itirə bilmərik. Cari seçmə mərhələdə son iki rəsmi oyundur. Maksimum xal qazanmaq üçün mübarizə aparacağıq.

Milliyə çağırılmaq hər bir futbolçu üçün qürurdur. Mən də millinin üzvü olduğuma görə qürur hissi  keçirirəm. Əlimdən gələni edəcəyəm ki, komandamız yaxşı nəticə qazansın. Ancaq qələbə haqda düşünürük. Şimali İrlandiya yığması ilə qarşılaşma çox vacibdir. Qələbə qazansaq, Rusiya millisi ilə görüşə də yaxşı əhval-ruhiyyədə çıxacağıq".

Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner