Mahir Şükürov: "Bu oyunda qalib gəlməyə borcluyuq"

Mahir Şükürov: "Bu oyunda qalib gəlməyə borcluyuq"
XƏBƏR 8 Oktyabr 2013 / 15:19 1960
-  A +

"Bilirik ki, qarşıda iki vacib oyunumuz var. Ona görə də məşqlərdə nə gücümüz varsa ortaya qoyuruq ki, oyunlar zamanı bizim üçün asan olsun".

Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin müdafiəçisi Mahir Şükürov "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları Şimali İrlandiya və Rusiya ilə oyunöncəsi danışarkən deyib.

M.Şükürov Şimali İrlandiya ilə görüşdə qələbə qazanmağa borclu olduqlarını bildirib: "Şimali İrlandiya güclü komandadır. Rusiya yığmasını öz meydanında məğlub etməyi bacarıb. Ona görə də bizi çətin oyun gözləyir. Bununla belə, biz bu matçda qalib gəlməyə borcluyuq.

Rusiya yığması da güclü rəqibdir. İstəyirik ki, onları da büdrədək və bununla da, 2 il əvvəl Rusiya yığmasına qarşı göstərdiyimiz oyunun təsadüfi olmadığını sübut edək. Bilirik ki, Şimali İrlandiya millisi ilə oyunda qalib gəlməsək, qrupda sonuncu yeri tuta bilərik. Ona görə də istəyirik ki, qalib gəlib 8 xal toplayaraq və yuxarı pillələrə qalxaq".

Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner