Mançini "Qalatasaray"da görmək istəmədiyi futbolçuları müəyyənləşdirdi

Mançini "Qalatasaray"da görmək istəmədiyi futbolçuları müəyyənləşdirdi
XƏBƏR 8 Oktyabr 2013 / 14:25 4401
-  A +

"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini qış transfer pəncərəsi dönəmində komandadan ayrılmasını istədiyi futbolçuları müəyyənləşdirib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis rəhbərliyə göndərdiyi siyahıda Dani, Ambarat və Rieranın transfer olunmasını tələb edib.

Mançini "Mançester Siti"dəki keçmiş oyunçusu Aleksandr Kolarovu "Qalatasaray"a gətirmək istədiyini bildirib.

Qeyd edək ki, Burak Yılmazın da qış transfer pəncərəsi dönəmində başqa kluba transfer olunacağı iddia edilir.


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner