"Borussiya"nın futbolçusu mövsümü erkən başa vura bilər

"Borussiya"nın futbolçusu mövsümü erkən başa vura bilər
XƏBƏR 8 Oktyabr 2013 / 13:30 1977
-  A +

"Borussiya"nın (Dortmund) futbolçusu İlkay Gündoğanın zədəsi olduqca ciddidir.

Qol.Az-ın "Bild"ə istinadən verdiyi məlumata görə, avqustun 16-ı Almaniya millisinin Paraqvayla oynadığı matçda zədələnən və indiyə kimi forma geyə bilməyən türkəsilli alman yarımmüdafiəçi bu mövsüm heç bir oyunda iştirak etməyə bilər.

Belindən problem yaşayan İ.Gündoğanın zədəsənin heç cür sağalmadığı və onun nə vaxt yaşıl meydanlara qayıdacağı məlum deyil.

Klubun idman direktoru da verdiyi açıqlamada yayılan xəbərləri təsdiqləyib.


Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner