Ulduz futbolçudan siqaret açıqlaması (FOTO)

Ulduz futbolçudan siqaret açıqlaması (FOTO)
XƏBƏR 8 Oktyabr 2013 / 01:22 2669
-  A +

Ötən həftə siqaret çəkərkən görüntülənən "Arsenal"ın gənc ulduzu Cək Uilşır bununla bağlı açıqlama verib.

Qol.Az-ın məlumatına görə, ingilis futbolçu bu səhvi bir daha təkrarlamayacağını bildirib:

"Mən səhv etdim. Oyunçular da səhv edirlər. Normalda siqaret çəkən deyiləm. Bir daha bu səhvi təkrarlamayacağam".

"Arsenal"ın baş məşqçisi Arsen Venger məsələ ilə bağlı bunları deyib: "Bu davranışı heç tövsiyyə etmirəm. Bunu evində də edə bilərsən və heç kim səni görməz. Ancaq siqaret çəkməklə etibarını zədələmiş olacaqsan".

Ulduz futbolçudan siqaret açıqlaması (FOTO)

 

Səhifənin yuxarısına keçidYuxarı

Qarabağ FK
Son xəbərlər
topaz banner