Azərbaycan yığması üçün tarixi şans

Azərbaycan yığması üçün tarixi şans
XƏBƏR 7 Oktyabr 2013 / 18:44 3610
-  A +

Azərbaycan futbolu tarixində ilk dəfə komandamızın olimpiadada iştirak imkanı yaranıb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu hüquqa 15 yaşadək qızlardan ibarət Azərbaycan yığması (1999-cu il təvəllüdlü) yiyələnə bilər.
 
Bunun üçün millimiz oktyabrın 14-də start götürəcək mini-turnirin qalibi olmağı bacarmalıdır. Yarış UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahının ərazisində yerləşən stadionda keçirəcək və 2014-cü il avqustun 16-dan 28-dək Çinin Nanjinq şəhərində baş tutacaq Yeniyetmələrin  II Yay Olimpiya Oyunlarına lisenziya xarakter daşıyacaq. Seçmə mərhələdə Avropa zonasından 4 ölkə - Azərbaycan, İsrail, Slovakiya və Rumıniya mübarizə aparacaq. Bu komandalar UEFA tərəfindən “Fair-Play” reytinqinə əsasən seçilib. Bu, 3 ay öncə yaradılmış U-15 qızlar yığmamızın ilk rəsmi oyunları olacaq.
 
Mini-turnirin təqvimi:
 
14 oktyabr. Yarımfinal
15:00. Azərbaycan - İsrail
18:00. Slovakiya - Rumıniya

16 oktyabr
15:00. 3-cü yer uğrunda oyun
18:00. Final
 
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
 

Son xəbərlər
22.04.26  18:32

PSJ-yə keçə bilər

topaz banner